AZ

13 iyulda keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlər məlum olub

13 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanında I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Neftçala rayonu Qədimkənd kənd orta məktəbinin məzunu Əlili Müşfiq Aqil oğlu və Bakı şəhəri 64 saylı orta məktəbin məzunu Məmmədov Əbülhəsən Brilyant oğlu göstərib...

Dövlət İmtahan Mərkəzindən Poliqon-a verilən məlumata görə, Əlili Müşfiq Aqil oğlu hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni (698.3 bal) göstərən abituriyentdir.

O, imtahanın birinci mərhələsində 298.3 bal toplayıb. Məmmədov Əbülhəsən Brilyant oğlu isə imtahanın birinci mərhələsində 296.7 bal toplayıb.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 4 nəfər – Bakı şəhəri 272 saylı orta məktəbin məzunu Nurməmmədli Sona Məhəmməd qızı, Şəki rayonu Orta Zəyzid kənd 1 saylı orta məktəbin məzunu Abdulsəmədli Orxan Fəxri oğlu, Bakı şəhəri 253 saylı orta məktəbin məzunu Abdullayeva Məryəm İlqar qızı, Bakı şəhəri 53 saylı orta məktəbin məzunu Ağaməmmədova Zeynəb Zaur qızı göstərib.

Nurməmmədli Sona Məhəmməd qızı və Abdulsəmədli Orxan Fəxri oğlu hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentlərdir. Onlar imtahanın birinci mərhələsində 300 bal toplayıblar. Abdullayeva Məryəm İlqar qızı imtahanın birinci mərhələsində 289, Ağaməmmədova Zeynəb Zaur qızı isə 286.7 bal toplayıb.

Poliqon.info

Seçilən
7
28
poliqon.info

10Mənbələr