AZ

Vəhşicəsinə döyülən modelin anası TƏHDİD EDİLİR

Dubayda vəhşicəsinə döyülən ukraynalı model Mariya Kovalçukun anası təhdid dolu mesajlar alıb.

Publika.az xəbər verir ki, model bu barədə “Ostorozno Media”ya müsahibəsində bildirib.

Anna Kovalçukun sözlərinə görə, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları ona qarşı çox aqressiv davranıblar.

Qadına "Telegram"da yoxa çıxan mesaj yazıblar. Ona deyiblər ki, çox danışdığınız üçün sizi Norveçdə tapacağıq.

Modelin anası qeyd edib ki, o, güclü qorxu keçirib, yaşlı atasının və ailəsinin durumundan narahat olub.

Anna Kovalçuk bu mesajı göndərməkdə qızı şikəst edənlərdən şübhələnir. Onun sözlərinə görə, bunlar külli miqdarda pula sahib olan və hər şeyi pulla ölçən insanlardır: onlar üçün nə insan var, nə də insanlıq.

Seçilən
14
publika.az

1Mənbələr