BAKI, 24 iyul. TELEQRAF
HƏMAS-ın Qəzzada atəşkəsə sadiqlik vəd etməyən cavabından sonra ABŞ danışıqlar qrupunu Dohadan çıxarmağa qərar verib.
Teleqraf xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.
O əlavə edib ki, mövcud vəziyyət fonunda ABŞ Qəzzadan girovların qaytarılması üçün “alternativ yolları” nəzərdən keçirmək niyyətindədir.