BAKI, 24 iyul. TELEQRAF
Azərbaycan yığma komandasının futbolçusu Cəlal Hüseynovun heyətində yer aldığı Bolqarıstanın "Arda" klubu UEFA Konfrans Liqasının (KL) II təsnifat mərhələsinin ilk oyununda Finlandiya HİK-ini qəbul edib.
Teleqraf xəbər verir ki, qarşılaşmada hesab açılmayıb.
Azərbaycanlı futbolçu start heyətində meydana çıxıb və sonadək meydanda olub. O, 47-ci dəqiqədə sarı vərəqə alıb.
Cavab oyunu iyulun 31-də Finlandiyada baş tutacaq.