HƏMAS-ın Qəzza zolağında əsas silah “təchizatçılarından” biri məhv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
HƏMAS-ın əsas yaraqlısı Məhəmməd əl-Amur İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunes bölgəsinə endirdiyi dəqiq zərbələr nəticəsində öldürülüb.
O, Rəfahdakı yük terminalına rəhbərlik edib və həmçinin təşkilatın anklavdakı hərbi qanadı üçün silah qaçaqmalçılığına nəzarət edib.
İsrail ordusu sözçüsünün sözlərinə görə, yük terminalı illərdir Qəzza zolağına qaçaqmalçılıq yolu ilə hərbi texnika və silahların daşınması üçün istifadə edilib. “Beləliklə, HƏMAS-ın İsrailə qarşı irəliləmək və hərbi gücünü gücləndirmək üçün baza rolunu oynayır”.
Xuraman Etibarlı
İnterpress.az