AZ

“Zirə”nin potensial rəqiblərinin oyununda qonaqlar sevindi

BAKI, 24 iyul. TELEQRAF

UEFA Konfrans Liqasının (KL) II təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Teleqraf xəbər verir ki, “Zirə”nin KL-in III təsnifat mərhələsində potensial rəqiblərinin- "Atletik Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) oyununda qonaqlar 2:1 hesabı ilə üstün olublar.

Qeyd edək ki, “Zirə” KL-in II təsnifat mərhələsinin ilk oyununda Bakıda Xorvatiya "Hayduk"u ilə heç-heçə (1:1) edib. Paytaxt klubu mərhələni keçsə, "Atletik Eskaldes" - "Dinamo Siti" cütünün qalibi ilə qarşılaşacaq.

Seçilən
114
teleqraf.com

1Mənbələr