AZ

Türkiyədən Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM AÇIQLAMA: “Yaxın vaxtlarda…”

  “Ankara Zəngəzur dəhlizinin açılmasına yardım etməyə çalışır”.

Referans xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan bu məsələ ilə bağlı lazımi müzakirələri davam etdirir.

“İnanıram ki, bu məsələ yaxın vaxtlarda öz həllini tapacaq. Beləliklə, türk dünyasına daha qısa yol açılacaq”, – nazir qeyd edib.

O əlavə edib ki, nəqliyyat dəhlizləri Türkiyə üçün vacibdir:

“Azərbaycan həm quru, həm də dəmir yolu kommunikasiyaları üzrə işləri davam etdirir. Qars-İğdır-Naxçıvan xəttində də bu il işlərə başlayacağıq”, – Uraloğlu vurğulayıb.//Globalinfo.az  

Seçilən
52
referans.az

1Mənbələr