Bakı. Trend:
Niderlandın milli hava yolu şirkətinə məxsus sərnişin təyyarəsiHamburq aeroportuna məcburi eniş edib.
Trend-in "Spiegel"qəzetinə istinadən verdiyi xəbərə görə, pilotlar təyyarəninsalonunda tüstülənmə aşkar etdikdən sonra təcili eniş qərarıveriblər.
Stokholm–Amsterdam reysi üzrə hərəkət edən təyyarəningöyərtəsində 186 sərnişin olub. Təyyarə uğurla eniş etdikdən dərhalsonra sərnişinlər təxliyə edilərək terminala aparılıblar.
Hadisə ilə əlaqədar hava limanının yanğınsöndürmə xidməti cəlbolunub. Tüstülənmənin səbəbi və miqyası barədə hələlik məlumatverilmir.