AZ

Kristian Moskera rəsmən “Arsenal”da

İspaniyanın “Valensiya” klubunun 21 yaşlı mərkəz müdafiəçisi Kristian Moskera bundan sonra London “Arsenal”ının uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Müqavilə müddəti haqda məlumat hələ açıqlanmayıb.

Keçid London klubuna 15 milyon avro məbləğ müqabilində başa gəlib.

Kristian Moskera “Valensiya”nın məzunudur.

Geridə qalmış mövsümdə Moskera “Valensiya” üçün 41 oyun keçirib, 1 qol vurub.

Moskeranın “yarasalar” üçün çıxışının ümumi mənzərəsi isə 90 oyun və 1 qoldan ibarətdir.

Kristian Moskera İspaniyanın U-15, U-16, U-18, U-19, U-21 komandalarına, həmçinin Olimpiya yğmasına cəlb edilib, eləcə də Kolumbiyanın U-20 yığmasına çağırılıb. Buna rəğmən, Moskera hələ heç bir ölkənin əsas milli yığma komandası üçün çıxış etməyib.

Moskeranın qənimətlər muzeyində İspaniya yığması ilə 2024-cü il Paris XXXIII Yay Olimpiya Oyunlarının futbol yarışında qazandığı qızıl medal var.

“Transfermarkt” internet-portalı 21 yaşlı ispaniyalı mərkəz müdafiəçisinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
15
arena.az

1Mənbələr