Torpaq sahəsinə görə düşən mübahisə ölümlə nəticələnib.
Xezerxeber.az-ın məlumatına görə, Yevlax sakini odlu silahla qətlə yetirilib.
Hadisə rayonun Malbinəsi kəndində qeydə alınıb. Məlumata görə, 40 yaşlı Ruslan Mustafayevi həmkəndlisi 68 yaşlı Ənvər Rəsulov qətlə yetirməkdə şübhəli bilinir. Hadisə kənd ərazisində, əkin sahəsində qeydə alınıb.
Yaxınları bildiriblər ki, onların mübahisəsi daha əvvəldən olub. Səbəb isə torpaq sahəsinə görə yaranmış narazılıqdır.
Məlumata görə, Ənvər Rəsulov özündən 28 yaş kiçik həmkəndlisinə odlu silahdan atəş açıb. Zərərçəkən xəstəxanaya çatdırlısa da, onun öldüyü məlum olub.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.