AZ

Ekvadorlu müdafiəçi “Milan”da - RƏSMİ

İtaliyanın "Milan" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi "Brayton"dan Pervis Estupinanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Milan" ekvadorlu futbolçu üçün İngiltərə klubuna 17 milyon avro təzminat ödəyəcək. 27 yaşlı sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Brayton" Pervis Estupinanı 2022-ci ildə "Uotford"dan transfer etmişdi. Ekvador millisinin üzvü ötən mövsüm komandasının heyətində meydana çıxdığı 36 rəsmi matçda 1 qol və 1 assistlə yadda qalıb.

Reşford: "Arzum “Barselona” ilə Çempionlar Liqasını qazanmaqdır"

"Fənərbaxça"nın rəqibində ayrılıq

Rodri "Real"ın radarına düşüb

"Beşiktaş"dan növbəti imtina: ANLAŞDIĞI OYUNÇU BRAZİLİYA KLUBUNA YOLLANIR

"Atalanta" Lukman üçün 50 milyon avro tələb edir - "İnter" daha az təklif edir

Seçilən
36
apasport.az

1Mənbələr