"Valensiya"nın mərkəz müdafiəçisi Kristian Moskeranın "Arsenal" klubuna keçidi rəsmiləşib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı futbolçunun "topçular"la müqaviləsinin detalları açıqlanmayıb.
Transferin əsas məbləği 15 milyon avrodur. Müqavilədə əlavə bonuslar da nəzərdə tutulub.
Kristian Moskeranın "Valensiya"nın əsas komandasında ümumilikdə 90 oyuna çıxıb və bir qola imza atıb. "Transfermarkt" portalı müdafiəçinin hazırkı bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir. 21 yaşlı müdafiəçi son mövsümlərdə "yarasalar"ın əsas heyətində sabit çıxışı ilə seçilirdi.
Bu transferlə "Arsenal" müdafiə xəttinə daha bir gənc və perspektivli oyunçu əlavə etmiş oldu.