AZ

"Arsenal" "Bavariya"nın yarımmüdafiəçisini hədəfə alıb

"Bavariya"nın yarımmüdafiəçisi Joao Palinya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, 30 yaşlı futbolçunun xidmətində İngiltərənin iki nəhəngi — "Arsenal" və "Tottenhem" klubları maraqlıdır.

 "Bavariya"nın yeni baş məşqçisi Vensan Kompani portuqaliyalını öz oyun sistemində oyunun tempini müəyyənləşdirə biləcək futbolçu kimi görmür. Bu səbəbdən klub rəhbərliyi oyunçunun satışı ilə bağlı gələcək təklifləri nəzərdən keçirməyə hazırdır.

Xatırladaq ki, Joao Palinya ötən yay "Fulhem"dən 51 milyon avroya "Bavariya"ya transfer olunmuşdu. Lakin geridə qalan mövsüm ərzində o, özünü tam sübut edə bilmədi: klub və yığma ilə ümumilikdə keçirdiyi 27 oyunda nə qol, nə də məhsuldar ötürmə ilə yadda qaldı.

Beləliklə, Palinyanın Bundesliqadakı macərası cəmi bir mövsüm sonra başa çata bilər və o, yenidən Premyer Liqaya qayıda bilər. "Bavariya" isə transfer zamanı qoyduğu böyük ümidləri doğrultmayan futbolçudan ayrılmağa hazır görünür.

Seçilən
26
90deqiqe.az

1Mənbələr