BAKI. 24 iyul.TELEQRAF
"Qarabağ"ın futbolçuları Kevin Medina və Leandro Andrade "Araz-Naxçıvan"ın Yunanıstan "Aris"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu izləyirlər.
Teleqraf xəbər verir ki, onlar matçın keçiriləcəyi "Dalğa Arena"ya gəliblər.
"Qarabağ" iyulun 23-də Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda İrlandiyada "Şelburn"u 3:0 hesabı ilə yenib. İlk qolu Leandro Andrade vurub. Komanda Bakıya bu gün qayıdıb.