AZ

Kadırov ölümdən döndü - Az qala boğulacaqmış

Çeçenistan rəhbəri Ramzan Kadırov ölümdən dönüb.

Yenisabah.az gtz-yə istinadla xəbər verir ki, istirahət üçün Türkiyəyə, Muğlanın Bodrum rayonuna yollanmış Çeçenistan lideri dənizdə çimərkən az qala boğulacaqmış.

Sahil Mühafizə qrupları onu sahilə çıxararaq təcili yardımla xəstəxanaya aparıblar. pizza mizza

Kadırovun vəziyyətinin həyatı üçün təhlükə olmadığı bildirilir.

Hadisə günorta saatlarında Bodrumun Kaynar rayonunda 5 ulduzlu oteldə baş verib. Ramzan Kadırov dənizə girib və qəfil çapalamağa başlayıb. Yaxınlıqdakı şəxslər bunu görüb və xilaedicilərə xəbər veriblər. Onlar tez hadisə yerinə gəlib Kadərova tibbi yardım göstəriblər.

Kadırova çimərlikdə ilkin tibbi yardım göstərilib və daha sonra təcili yardım maşını ilə özəl xəstəxanaya aparılıb. O, bir müddət müşahidə altında saxlanılıb və vəziyyətinin yaxşı olduğu bildirilir.


Telegram kanalımız
Seçilən
56
1
yenisabah.az

2Mənbələr