AZ

Lerikdə yanğın törətmiş şəxslər müəyyənləşdirildi

Yenisabah portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Lerikdə yanğına bais olan şəxslər saxlanılıb.

Yenisabah.az Dİn-ə istinadla xəbər verir ki, iyulun 24-də Tikəbənd və Durğan kəndləri ərazisində əkin və otlaq sahələrində baş vermiş yanğının ehtiyatsızlıqdan törədildiyi müəyyən edilib.

Tikəbənd kəndi ərazisində kənd sakini olan azyaşlının otlaq sahədə ocaq yandırması nəticəsində 2 hektar ərazidə kol-kos yanıb. Azyaşlı valideyni ilə birlikdə polis orqanına dəvət olunub. Pepperoni pizza

Durğun kəndidə isə kənd sakini 46 yaşlı Malik Mahmudov siqaret kötüyünü əkin sahəsinə atdığı üçün 4 hektar ərazidə kol-kos yanıb.

Malik Mahmudov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
39
yenisabah.az

10Mənbələr