AZ

İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı oldu

BAKI, TurkicWorld

İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı olaraq qeydə alındı.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) yayımladığı hesabatda məlumat verilib.

Hesabata görə, İstanbul Hava Limanı 7-13 iyul tarixləri arasında gündəlik orta hesabla 1 612 uçuşla Avropada ən sıx hava limanı olub.

İstanbul Hava Limanını gündəlik 1 457 uçuşla Amsterdam, 1 428 uçuşla Paris (Şarl De Qoll), 1 400 uçuşla Frankfurt və 1 346 uçuşla London (Hitrou) hava limanları izləyib.

Xatırladaq ki, iyulun 17-də ABŞ-ın “Travel and Leisure” nəşrinin oxucuları arasında keçirilən illik sorğuya əsasən, İstanbul Hava Limanı dünyanın ən yaxşı beynəlxalq hava limanı seçilmişdi.

Onu da qeyd edək ki, 2025-ci ilin iyun ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 39 milyon 37 min 955 nəfər olub.

Seçilən
114
1
turkic.world

2Mənbələr