BAKI, 24 iyul. TELEQRAF
Rusiyada yerli məhsullardan narazı qalanlara cərimə tətbiq olunması təklif olunub.
Teleqraf xəbər verir ki, bu təşəbbüslə Dövlət Dumasının deputatı Nikolay Novıçkov “Abzas” nəşrinə müsahibəsində çıxış edib.
Onun sözlərinə görə, yerli istehsalçıların nüfuzuna xələl gətirmək və ya onları gözdən salmaq vətənpərvərliyə uyğun deyil. Parlamentari hesab edir ki, Rusiya məhsulları həm istehlak malları sahəsində, həm də istehsal vasitələri sahəsində üstünlük təşkil etməlidir.
“Ona görə də, düşünürəm ki, ilk növbədə Rusiya istehsalını, istehsalçısını, brendlərini nüfuzdan salanlara qarşı inzibati məsuliyyət məsələsi araşdırılmalıdır”, — deyə Novıçkov bildirib.