AZ

Banklar nəqliyyat və rabitə sektoruna kredit qoyuluşlarını 13% artırıb

Bakı. Trend:

Bu ilin iyunun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar vəqeyri-banklar tərəfindən nəqliyyat və rabitə sektoruna qoyulmuşkreditlərin həcmi 1,9 milyard manata çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldəedib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 11,5 milyon manatvə ya 0,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 219,1 milyonmanat və ya 13% çoxdur.

Qeyd edək ki, ümumilikdə, hesabat dövründə Azərbaycanda realsektora kredit qoyuluşu üzrə kredit portfeli 30,2 milyard manattəşkil edib.

Bu da aylıq müqayisədə 290 milyon manat və ya 1%, 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə isə 3,7 milyard manat vəya 13,9% artım deməkdir.

Seçilən
59
az.trend.az

1Mənbələr