Macarıstanın xarici işlər naziri Peter Siyarto, Nyu-York Dairə Prokurorluğunun əvvəllər oğurlanmış 1675-ci ilə aid Cizvit traktatını Macarıstana qaytardığını açıqlayıb.
Publika.az xəbər verir ki, mərasimin videosu onun "YouTube" kanalında yayımlanıb.
Bazar günü Nyu Yorkda Zəkəriyyə Traberin müəllifi olduğu 350 illik Nervus Opticus Sive Tractatus Theoricus əlyazmasının təhvil verilməsi mərasimi keçirilib.
Peter Siyarto ABŞ prokurorluğun əməkdaşlarına minnətdarlığını bildirib.
"Biz bu jesti yüksək qiymətləndiririk, xüsusən nəzərə alsaq ki, bu, Macarıstandan oğurlanmış və Nyu-York Prokurorluğunun səyləri nəticəsində vətənə qaytarılan ilk antikvardır", - siyasətçi vurğulayıb.