AZ

Rusiyanın beynəlxalq ehtiyatları bir həftədə 1,6 milyard dollar azaldı

BAKI, 24 iyul. TELEQRAF

Rusiyanın beynəlxalq ehtiyatları bir həftədə 1,6 milyard dollar azalaraq 683.7 milyard dollar təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

“Beynəlxalq ehtiyatlar 2025-ci il iyulun 18-də günün sonuna əsasən mənfi yenidən qiymətləndirmə nəticəsində bir həftə ərzində 1,6 milyard ABŞ dolları və ya 0,2% azalaraq 683,7 milyard ABŞ dolları təşkil edib”, - tənzimləyicinin bəyanatında deyilir.

Qeyd edək ki, iyulun 11-nə ehtiyatların həcmi 685,3 milyard dollar təşkil edib.

Seçilən
24
teleqraf.com

1Mənbələr