Müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovun qətli ilə bağlı yeni detallar və dəhşətli görüntülər yayılıb.
ARB-yə məxsus olan kadrlarda qətl hadisəsinin təfərrüatları açıqlanıb.Hadisə Yasamal rayonunun Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə baş verib. 1987-ci il təvəllüdlü Hamlet Cahangirov çoxsaylı bıçaq xəsrətləri ilə qətlə yetirilib. Meyit müayinə edilən zaman onun bədəninin müxtəlif nahiyələrində 7 bıçaq xəsarətinin olduğu məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovu qətlə yetirməkdə təqsirləndirilən Yusif Mirzəyevə 18 il həbs cəzası verilib. (yenisabah.az)
www.anews.az