Amerika tərəfi İslam Respublikasının Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə hüquqlarını qəbul etməsi şərti ilə İran ABŞ ilə nüvə danışıqlarını bərpa etmək niyyətindədir .
İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi bu barədə məlumat verib.
"Tehranın NPT üzrə hüquqları tanınarsa, danışıqlar bərpa oluna bilər", - Reuters onun sözlərindən sitat gətirir.
Qeyd olunur ki, Vaşinqton Tehranla etibarlı münasibətlər qurarsa və danışıqların İrana qarşı hərbi əməliyyatların bərpasına gətirib çıxarmayacağına zəmanət verərsə, İslam Respublikası təşəbbüslə dialoqa qayıtmağa hazırdır.