AZ

Pervis Estupinan “Brayton”u “Milan”a dəyişdi

Ekvador millisinin və İngiltərənin “Brayton” klubunun sol cinah müdafiəçisi Pervis Estupinan bundan sonra “Milan”ın formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Ekvadorlu futbolçu yeni klubu ilə 5 illik (2030-cu ilin 30 iyununa qədər) müqavilə imzalayıb. “Milan” bu transferi rəsmiləşdirmək üçün 17 milyon avrosundan keçib.

Pervis Estupinan “Brayton”a 2022-ci ilin yayında İspaniyanın “Vilyarreal” klubundan 17,8 milyon avro müqabilində keçmişdi. 27 yaşlı futbolçu Premyer Liqa təmsilçisinin heyətində 104 oyun keçirib, 5 qol və 14 məhsuldar ötürmə müəllifi olub.

Ekvadorlu futbolçu daha öncə ölkəsində “LDU Kito”, İngiltərədə “Uotford”, İspaniyada “Qranada”, “Almeriya”, “Malyorka” və “Osasuna” kimi klublarda da çıxış edib.

Sol cinah müdafiəçisi 2019-cu ildə debüt etdiyi Ekvador yığmasında 48 oyuna 4 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
44
arena.az

1Mənbələr