Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsi start götürəcək.
Sportinfo.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçiriləcək.
"Beşiktaş" İstanbulda Arda Turanın “Şaxtyor"unu sınağa çəkəcək.
Bu turun "Levski" (Bolqarıstan) və "Braqa" (Portuqaliya) ilə oyunlarının nəticələri Azərbaycan təmsilçisi "Sabah" üçün də əhəmiyyət daşıyır.
Belə ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Petrokub” (Moldova) - “Sabah” cütünün qalibi Avropa Liqasının "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində görüşəcək.
21:00. "Banik"(Çexiya) - "Legiya" (Polşa)
21:00. "Şerif" (Moldova) - "Utrext" (Niderland)
21:30. "Levski" (Bolqarıstan) - "Braqa" (Portuqaliya)
21:30. "Midtülland" (Danimarka) - "Hibernian" (Şotlandiya)
22:00. "Çelye" (Sloveniya) - AEK (Kipr)
22:00. "Anderlext" (Belçika) - "Hakken" (İsveç)
22:00. "Beşiktaş" (Türkiyə) - "Şaxtyor" (Ukrayna)
22:30. "Luqano" (İsveçrə) - ÇFR (Rumıniya)