BAKI, 24 iyul. TELEQRAF
"Rusiya ilə Azərbaycan iqtisadi əlaqələri inkişaf etdirir və heç kim onları pozmaqda maraqlı deyil".
Teleqraf xəbər verir ki, bu fikirləri Baş nazirin müavini Aleksey Overçuk “Rossiya-1”ə açıqlamasında deyib:
“Ümumiyyətlə, biz Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdiririk və bu əlaqələr qorunur və heç kim onları pozmaqda maraqlı deyil".
Onun sözlərinə görə, Moskva və Bakının bir-birinin bəzi hərəkətləri ilə bağlı müəyyən narazılıqları var. "Əlbəttə, bunlar bizi maraqlandıran məsələlərdir və biz daim əlaqə saxlayırıq", - Overçuk qeyd edib.
İyunun 28-də Rusiya Federasiyası İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsi 2000-ci illərin əvvəllərində Yekaterinburqda törədilmiş bir sıra qətllərdə iştirak edən qrupun fəaliyyətinin qarşısının alınması barədə məlumat yayıb. Səkkiz təqsirləndirilən şəxs nəzarətə alındı. İlkin məlumata görə, təqsirləndirilən şəxslərdən biri ürək çatışmazlığından dünyasını dəyişib. İkinci şəxsin ölüm səbəbi müəyyənləşdirilir. Onların meyitləri Yekaterinburqdan Bakıya gətirilib və orada məhkəmə-tibbi ekspertizasında zorakılıq izlərinin qeydə alındığını bildiriblər və Rusiya tərəfinə etirazlarını bildiriblər.