AZ

Marko Yankoviç "Şelburn"la cavab matçında da iştirak edə bilməyəcək

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelbrun"la (İrlandiya) Bakıda cavab qarşılaşmasına çıxacaq "Qarabağ"ın heyətində itkilər var.

Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin "Report"a verdiyi xəbərə görə, ötən gün Dublində keçirilən ilk matçda yüngül zədə alan Leandro Andradenin vəziyyəti normaldır.

Dani Boltun tam vəziyyətinə isə MRT-nin nəticələrindən sonra aydınlıq gələcək.

Zədə səbəbindən ötən qarşılaşmanı buraxmaq məcburiyyətində qalan Marko Yankoviçin isə cavab görüşündə də meydana çıxacağı gözlənilmir.

Seçilən
123
report.az

1Mənbələr