AZ

Rusiyanın təslim olmaq çağırışına Yermak söyüşlə cavab verdi

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak genişmiqyaslı işğalın ilk saatlarında Kremlin təslim olmaq təklifinə söyüşlə cavab verib.

Axar.az xəbər verir ki, bu barədə “Faynenşl Tayms” nəşri məlumat yayıb.

Məlumata görə, zəng edən şəxs Rusiya Prezidenti Vladimir Putinin administrasiyası rəhbərinin müavini Dmitri Kozak olub.

Kozak Yermaka deyib ki, Ukrayna Prezidenti Vladimir Zelenskini təslim olmağa inandırsın və ya rus ordusunun tam gücü ilə qarşılaşmağa hazır olsun. Yermak isə ona “idi na x..” cavabını verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
3
axar.az

4Mənbələr