AZ

Müharibənin ilk saatlarında Moskvadan Kiyevə “Təslim olun” ZƏNGİ

Rusiya Prezidenti Vladimir Putinin administrasiya rəhbərinin müavini Dmitri Kozak müharibənin ilk saatlarında Kiyevə zəng edərək Ukraynanın təslim olmasını istəyib. Zəngə Prezident Zelenskinin aparat rəhbəri Andrey Yermak cavab verib və Moskvadan gələn bu təklifə kobud şəkildə imtina cavabı verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb. 

“Kreml öz genişmiqyaslı işğalının ilk saatlarında Kiyevə zəng etdi ki, Ukraynanı məğlubiyyətini qəbul etməyə məcbur etsin. Telefon zəngi Yermaka çatdı. Xəttin o başında Putinin administrasiya rəhbərinin müavini Dmitri Kozak idi. O, Yermaka məsləhət verdi ki, Zelenskini təslim olmağa inandırsın, əks halda Rusiya ordusunun tam gücü ilə üzləşməyə hazır olsunlar,” – nəşr əlavə edib.

Məlumata görə, Andrey Yermak Kozaka cavabında sadəcə bir cümlə deyib: “Get öz işinlə məşğul!” (Rus dilində: «Пошёл ты!»)

Bizim.Media 

Seçilən
72
bizim.media

1Mənbələr