AZ

IBM-in mənfəəti 20 faiz artıb

Dünyanın ən böyük informasiya texnologiyaları şirkətlərindən biri olan ABŞ-ın IBM şirkəti 2025-ci ilin aprel-iyun dövrü üzrə balans hesabatını açıqlayıb.

Marja xəbər verir ki, bu ilin ikinci rübündə şirkətin gəliri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 8% artaraq 17 milyard dollar təşkil edib. IBM 2024-cü ilin ikinci rübündə 15,8 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti ikinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 2,2 milyard dollara çatıb. Keçən ilin ikinci rübündə IBM-in xalis mənfəəti 1,8 milyard dollar olmuşdu.

Şirkətin ötən ilin ikinci rübündə 1,96 dollar olan səhm üzrə qazancı bu ilin ikinci rübündə 2,31 dollar olaraq qeydə alınıb.

İBM-in baş icraçı direktoru Arvind Krişna, ikinci rübdə gəlir, mənfəət və sərbəst pul axını baxımından gözləntiləri üstələdiklərini qeyd edib.

"IBM, müştərilərə süni intellektləri mənimsəməyə və miqyasını genişləndirməyə kömək edən dərin innovasiyaları ilə bazarda fərqlənməyə davam edir", - Krişna deyib. 

İBM-in baş icraçı direktoru əlavə edib ki, məhsuldar süni intellekt iş həcmini sürətlə artmağa davam edir. 

Seçilən
98
marja.az

1Mənbələr