BAKI, 24 iyul. TELEQRAF
Suriyanın İdlib vilayətində yerləşən Maarat-Misrin qəsəbəsində baş verən partlayış nəticəsində azı 4 nəfər həyatını itirib, 116 nəfər isə xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədəölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, sursat anbarında baş verən partlayışın səbəbləri araşdırılır.