AZ

İran “Avropa üçlüyü” ölkələri ilə bu tarixdə görüşəcək

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

İran və “Avropa üçlüyü” ölkələrinin (Böyük Britaniya, Almaniya, Fransa) nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üçün danışıqları iyulun 25-də keçiriləcək.

Yeniavaz.com “Tasnim” agentliyinə istinadla xəbər verir ki, görüş İranın İstanbuldakı konsulluğunda Bakı vaxtı ilə saat 10:30-da baş tutacaq.

İlkin məlumata görə, danışıqlar xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək.

İranı danışıqlarda Məcid Təxt-Rəvançi və Kazem Qaribabadi təmsil edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
105
yeniavaz.com

1Mənbələr