AZ

Teleqraf işıqlandırdı, problem həll olundu

LƏNKƏRAN, 24 iyul. TELEQRAF

İyulun 21-də "Teleqraf" İnformasiya Agentliyində Lənkəran rayonu ərazisində yerləşən çimərliklərdən birində mövcud olan anti-sanitar vəziyyətlə bağlı reportaj dərc edilmişdi.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Lənkəranın Sütəmirdov kəndindəki çimərlik ərazisi tullantılardan tamamilə təmizlənib. Ərazidə yerli bələdiyyə tərəfindən zibil qabları da quraşdırılıb.

Qeyd edək ki, bir neçə gün öncə həmin çimərlikdə zibillərin təmizlənməməsi və tullantılar üçün xüsusi konteynerlərin olmaması ilə bağlı məlumat verilmişdi.

Seçilən
34
teleqraf.com

1Mənbələr