AZ

Bundesliqa klubu Dias üçün 75 milyon avro təklif edirlər

“Bayern” “Liverpul”un vingeri Luis Diasa maraq göstərir.

Apasport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Münhen klubu 28 yaşlı futbolçu üçün maksimum 75 milyon avro ödəməyə hazırdır. Ancaq “Liverpul” onu 80 milyon avro dəyərində qiymətləndirir.

“Bayern” transferin baş tutması üçün “qırmızılar”a gələcək satışdan pay təklif etməyə hazırdır. Bu əlavə maddə transferin reallaşmasına yardımçı ola bilər.

Kolumbiyalı futbolçu “Liverpul” forması ilə bütün turnirlərdə 148 oyun keçirib, 41 qol vurub və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

“Bayern”in yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdırdığı və Diasın klubun oyun sisteminə uyğun bir transfer hədəfi olduğu vurğulanır.

Rodri "Real"ın radarına düşüb

"Beşiktaş"dan növbəti imtina: ANLAŞDIĞI OYUNÇU BRAZİLİYA KLUBUNA YOLLANIR

"Atalanta" Lukman üçün 50 milyon avro tələb edir - "İnter" daha az təklif edir

Joao Feliks "Benfika"ya qayıdır? – Danışıqlar başladı

Mourinyodan etiraf: "Fənərbaxça" ÇL-də rəqabət apara bilməz"

Seçilən
53
1
apasport.az

2Mənbələr