AZ

Rusiya qaçırılan ukraynalı uşaqları böyüdüb cəbhəyə göndərir... - ARAŞDIRMA

Yazını böyüt
Yazını kiçilt

Rusiya Ukraynanın işğal olunmuş ərazilərindən qaçırılan uşaqlardan öz xalqlarına qarşı döyüşmək üçün istifadə edir. 2014-cü ildən bəri 35 mindən çox uşaq zorla aparılıb, onların bir çoxu indi 18 yaşına çatdıqdan sonra Rusiya ordusu sıralarına göndərilir.

Hafta.az  “UNİAN” nəşrinin “The Times” jurnalının Ukrayna rəsmilərinə istinadla hazırladığı araşdırmanı təqdim edir.

"The General and The Journalis"(“General və Jurnalist”) podkastında Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak belə deyib: “Putinin məqsədi Ukraynanı gələcək nəsildən başlayaraq bir millət kimi məhv etməkdir”.

Yermak təsdiq edib ki, Ukrayna hökumətinin əlində sənədli sübutlar, o cümlədən hərbi xidmətə çağırış vərəqələri, həmçinin döyüş meydanında həlak olan azyaşlılar haqqında məlumatlar var.

"Rusiya oğurlanmış ukraynalı uşaqlardan yeni əsgərlər yaratmaq istəyir - bu barbarlıq və psixoloji müharibənin bir formasıdır", - Yermak vurğulayıb.

Yel universitetinin humanitar elmlər tədqiqat laboratoriyasından Nataniel Reymond "The Times"-a təsdiqləyib ki, onun komandası keçmiş uşaq oğurlanmış şəxslərin müharibədə döyüşmək üçün işə götürülməsi ilə bağlı onlarla ifadəni araşdırır.

"Bunlar təcrid olunmuş hallar deyil. Biz İkinci Dünya Müharibəsindən bəri ən böyük uşaq oğurluğu ilə üzləşirik", - Raymond bildirib. "Bu, yenidən tərbiyə deyil. Bu səfərbərlikdir", - deyə o vurğulayıb.

Ukraynalı uşaqların saxlanıldığı Krımdan tutmuş Rusiya Federasiyasının Sakit okean sahillərinə qədər ümumilikdə 116 müəssisə müəyyən edilib. Yeniyetmələr “yenidən tərbiyə düşərgələri”ni tərk etdikdən sonra kadet məktəblərinə göndərilir və orada silahla təlim keçirlər.

Qaçırılan şəxsin ifadəsi…

Xersondan olan 19 yaşlı Vlad Rudenko 2022-ci ildə silah gücü ilə anasının mənzilindən necə qaçırıldığını və 18 ay müddətinə Krımda yenidən təhsil düşərgəsinə göndərildiyini danışıb.

Rudenko deyib: “Bizi Rusiya himnini oxumağa vadar etdilər, bizə bədən tərbiyəsi keçdilər, atəş açmağı öyrətdilər... Bəxtim gətirdi ki, anam məni oradan çıxardı. Ancaq öz xalqına qarşı vuruşmağa məcbur olan ukraynalılar var".

Kütləvi uşaq oğurluğu proqramı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən 2023-cü ildə Putin və Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova haqqında həbs qərarı verilməsi üçün əsas olub. Lvova-Belova özü Filipp adlı ukraynalı oğlanı övladlığa götürüb.

İstanbulda aparılan danışıqlar zamanı oğurlanmış uşaqların rus məhbusları ilə dəyişdirilməsi cəhdlərindən sonra Ukrayna uşaqlardan “ticarət valyutası” kimi istifadənin təhlükələri barədə xəbərdarlıq edərək qətiyyətlə bundan imtina edib.

Prezident Zelenski uşaqların geri qaytarılmasını istənilən sülh tənzimlənməsində "qırmızı xətt" etmək üçün beynəlxalq kampaniyaya başlayıb. Bu, sorğuların ABŞ və Avropadakı seçicilər arasında ən böyük emosional rezonansa malik olduğunu göstərdiyi iki amildən biridir (digəri dini azlıqların təqibidir).

"Bu, təkcə humanitar məsələ deyil - bu, Moskvadakı rejimin terrorçu dövlət kimi davranmasının sübutudur", - deyə Yermak vurğulayıb.

ABŞ-ın xarici yardımı kəsməsi və Tramp administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaları Rusiyanın Ukrayna ilə müharibəsi zamanı oğurladığı minlərlə ukraynalı uşağın axtarışını çətinləşdirir. Bu haqda Avropa Şurasının uşaqları Ukraynaya qaytarma səylərinə nəzarət edən Avropa Şurasının nümayəndəsi Tordis Kolbrun Reykford Qyulfadottir bəyanat verib.

Mart ayında Tramp administrasiyası ABŞ-ın xarici yardım xərclərinin dondurulması çərçivəsində oğurlanmış ukraynalı uşaqların geri qaytarılması proqramlarının maliyyəsini kəsdi.

Dövlət Departamenti həmin ayın sonunda maliyyələşdirməni bərpa edəcəyini, ancaq qısa müddətə dedi. İnsan haqları qrupları o zaman xəbərdarlıq etmişdilər ki, uşaqların harada olması və rifahına nəzarət edən qrupların işini ciddi şəkildə poza bilər.

Tərcümə etdi və hazırladı: Sultan Laçın

Seçilən
33
hafta.az

1Mənbələr