BAKI, 24 iyul. TELEQRAF
Növbəti mövsümə hazırlıqlarını davam etdirən “Karvan” yeni transferini açıqlayıb.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı futbolçu Olavale Doyenio ilə 1+1 illik müqavilə imzalanıb.
21 yaşlı mərkəz müdafiəçisi son olaraq ölkəsinin “Plateau United” klubunda forma geyib.