AZ

Məşhur aktrisa: "Kənan İmirzalıoğlu bir il hesabımızı ödədi"

Türkiyəli aktrisa Burcu Binicinin illər əvvəl yaşadığı unudulmaz xatirəni efirdə bölüşməsi sosial mediada böyük maraqla qarşılanıb.

Publika.az xəbər verir ki, uzun müddətdir ekrandan uzaq olan Binici “Bir Başqa” proqramında iştirak edərkən aktyor Kənan İmirzalıoğlunun jestindən bəhs edib.

O, karyerasının ilk illərində yaşadığı hadisəni danışıb: “Dostlarla əylənməyə getmişdik, amma bizi içəri buraxmadılar. Yaşımıza və içki içmədiyimizə görə qapını üzümüzə bağladılar. Həmin an Kənan İmirzalıoğlu təsadüfən məkana gəlib problemin nə olduğunu soruşdu. Səbəbini biləndə, onlara dedi ki, buraxın içəri, ən azından su içsinlər. Hesabımızı ödəməyi də öz boynuna götürdü. Bir il o məkana gedib, sadəcə qazlı içkilər içdik, konsertlərə baxdıq. Kənan İmirzalıoğlu isə hər dəfə hesabımızı ödəyirdi”.

Aktrisanın bu səmimi xatirəsi qısa zamanda sosial mediada gündəm olub. İstifadəçilər Kənan İmirzalıoğlunun alicənablığını tərifləyiblər.

Seçilən
56
publika.az

1Mənbələr