Bunun üçün aşağıda qeyd olunan mərhələləri ardıcıl şəkildə yerinə yetirmək kifayətdir:
-
Trendyol mobil tətbiqinə daxil olmaq;
-
“Azərbaycandan birbaşa al” bölməsinə keçid etmək;
-
Seçilmiş məhsulu səbətə əlavə etmək;
-
Ödəniş üsulu kimi “İndi al, sonra ödə” seçimindən istifadə etmək;
-
Təsdiq üçün tələb olunan məlumatları daxil etmək.
"Birbank" tamamilə faizsiz və komissiyasız olan bu xidmətlə müştərilərinə 50 AZN-dən 500 AZN-dək rahat alış-veriş imkanı təqdim edir. İstifadəçilər sadəcə biometrik təsdiqdən keçərək FİN kod və mobil nömrəni daxil edib kredit limitini aktivləşdirə bilərlər. Ətraflı məlumat: https://www.kapitalbank.az/bnpl
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Kapital Bank"ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı "Kapital Bank" adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. "Kapital Bank" isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.