Strategiya dəyişdirilməsə, müharibə 2034-cü ilə qədər uzana bilər.
İnterpress.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və indiki Britaniyadakı səfiri Valeriy Zalujnı deyib.
O bildirib ki, Ukrayna müharibənin yeni mərhələsinə qədəm qoyub və bu, illər boyu davam edə bilər.
Onun sözlərinə görə, əgər ölkə müdafiə və resursların səfərbər edilməsi ilə bağlı yanaşmalarına yenidən baxmasa və yalnız atəşkəslə bağlı danışıqlar aparsa, döyüşlər 2034-cü ilə qədər davam edə bilər.
O, qeyd edib ki, “köhnə” müharibə 2023-cü ilin sonunda başa çatıb və indi Rusiya mövqe itirmə taktikasından istifadə edir – irəliləmək yox, Ukrayna ordusunu və əhalisini məhv etmək məqsədi ilə.
Xuraman Etibarlı
İnterpress.az