AZ

Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini endirib

Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 46 faizdən 43 faizə endirmək qərarına gəlib.

Doğru.az xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında dərc olunub.

Bildirilib ki, Pul Siyasəti Komitəsi həftəlik repo hərrac dərəcəsinin 3 faiz bəndi azaldılaraq 43 faizə salınmasına qərar verib.

Qeyd edək ki, aprel ayında Mərkəzi Bank əsas faiz dərəcəsini 350 bənd artıraraq 42,5 faizdən 46 faizə yüksəltmişdi.

DOĞRU.AZ

Seçilən
44
2
dogru.az

3Mənbələr