AZ

Rusiya Qara dənizdə xarici tankerlərin yüklənməsinə müvəqqəti qadağa qoyub - "Reuters"

Xarici şirkətlərə Rusiyanın əsas Qara dəniz limanlarında neft tankerlərinin yüklənməsi müvəqqəti olaraq qadağan edilib.

“İki sahil” xəbər verir ki,  bu barədə “Reuters” iki sənaye mənbəsinə istinadla məlumat yayıb.

Nəşrin mənbələrinin məlumatına görə, bu cür tədbirlər Qazaxıstanın neft tankerlərinin limandan keçidini effektiv şəkildə əngəlləyəcək. Məhdudiyyətlər Putinin bazar ertəsi imzaladığı fərman çərçivəsində tətbiq edilir.

Sənədə əsasən, xarici gəmilər ölkənin limanlarına daxil olmaq üçün FTB-dən icazə almalıdır.

Nəşr bu cür tədbirlərin tətbiqini Avropa İttifaqının bu yaxınlarda Rusiyaya qarşı qəbul etdiyi 18-ci sanksiyalar paketi ilə əlaqələndirir.

Seçilən
28
ikisahil.az

1Mənbələr