Bəzən insanlar ali təhsilini tamamladıqdan sonra fərqli bir sahədə bilik və bacarıq əldə etmək istəyirlər. Bu, karyera yönünü dəyişmək, yeni imkanlar qazanmaq və ya şəxsi maraqları reallaşdırmaq məqsədilə ola bilər. Elə bu səbəbdən də bir çoxları ikinci ali təhsil almaq barədə düşünür.
Kimlər ikinci ali təhsil ala bilər?
Mövzu ilə bağlı AzEdu.az Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlayıb.
Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, ikinci ali təhsil almaq üçün 2 yol var. Birincisi, adi qaydada Dövlət İmtahan Mərkəzinə müraciət etməklə qeydiyyatdan keçmək lazımdır. Belə ki, abituriyentlərin qeydiyyat vaxtı həmin şəxslər üçün də qeydiyyat aparılır. Onlar qəbul imtahanın hər iki mərhələsində və müsabiqədə iştirak edirlər.
Məsələn, ikinci ali təhsil almaq istəyən şəxs jurnalistika ixtisası üzrə oxuyub. Hüquqşünaslıq və ya digər ixtisas üzrə təhsil almaq istəyir. Necə abituriyent vaxtı proseslərdən keçibsə, həmin o qayda da yenidən ərizə verib qeydiyyatdan keçməsi lazımdır. İmtahanda iştirak etdikdən sonra ixtisas seçiminə qatılmaq olar.
Digər yol isə hər bir ali təhsil müəssisələrinin özləri də u qəbulu həyata keçirir. Artıq hər bir ali təhsil müəssisəsi hansı şərtlərlə ikinci ali təhsillə qəbul aparılmasını özü müəyyən edir. Belə olan halda universitetin özü ilə məsələni dəqiqləşdirmək lazımdır”,- deyə mərkəzdən bildirilib.