AZ

Niderland kralı bu əməlinə görə sərt tənqid olundu

Niderland Kralı Villem-Aleksandr və Kraliça Maksimanın səkkiz həftədir Yunanıstanda tətil etməsi ölkə daxilində ciddi narazılığa səbəb olub.

Publika.az xəbər verir ki, kral ailəsinin Spetses adasındakı dəbdəbəli istirahəti ölkə mətbuatında sərt tənqid olunub.

Yerli jurnalistlər onların davranışını digər Avropa monarxlarının tətilləri ilə müqayisə edərək, “ən azı bir hissəsini vətəndə keçirmək olmazdımı?” deyiblər.

Kral və kraliça isə bu tənqidlərə məhəl qoymadan qızları Amelia, Aleksiya və Ariana ilə birlikdə Yunanıstanda dincəlməyə davam edirlər.

Seçilən
46
publika.az

1Mənbələr