“Mərkəzi Klinik Xəstəxananın (Semaşko) arxası, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yaxınlığında yerləşənə stansiyada tikinti işlər hələ də tamamlanmayıb”.
Bu barədə “Cebheinfo.az”-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd olunub ki, Bənövşəyi xəttin layihə adı “B-4” olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir:
“Bununla yanaşı, hazırda əsas təchizat məsələləri, infrastruktura dair avadanlıq və sistemlərin, o cümlədən havalandırma, eskalator, lift və digər qurğuların quraşdırılması istiqamətində tədbirlər davam edir. Bu stansiyada inşaat işlərinin 2026-cı ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulur”.