Çin ağcaqanad dişləməsi ilə təhlükəli çikunqunya virusunun tarixdə ən böyük yayılmasını qeydə alıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Çin ağcaqanad dişləməsi ilə keçən və şiddətli ağrı və qızdırma ilə nəticələnən təhlükəli çikunqunya virusunun tarixdə ən böyük yayılmasını qeydə alıb. ÜST qlobal təhlükə barədə xəbərdarlıq edib.
Məlumata görə, iyul ayında Çinin cənubundakı Foşan şəhərində 3100-dən çox çikungunya yoluxma hadisəsi qeydə alınıb.
Bu, təxminən 20 il əvvəl materik Çində yaranandan bəri xəstəliyin ən böyük yayılmasıdır.
Virus Aedes ağcaqanadlarının dişləməsi ilə ötürülür və temperaturun kəskin yüksəlməsinə, zəiflədən oynaq ağrılarına, baş ağrılarına, əzələ ağrılarına və ümumi zəifliyə səbəb olur.
Son bir həftə ərzində yoluxma hallarının sayı təxminən on dəfə artıb.
ÜST artıq virusun digər ölkələrə yayıla biləcəyi ilə bağlı təcili xəbərdarlıq edib. Çikunqunya Fransa və İtaliyada da aşkarlanıb.
ÜST-ün məlumatına görə, dünyada 5 milyarddan çox insan risk zonalarında yaşayır. Artmanın səbəbləri arasında iqlim dəyişikliyi, rütubətin artması, beynəlxalq səyahətlər və əhalidə immunitetin aşağı səviyyəsi var.
Xuraman Etibarlı
İnterpress.az