AZ

Kambocadan Tailanda çağırış: Hərbi əməliyyatları dayandırın və...

Kamboca Tailandı dərhal hərbi əməliyyatları dayandırmağa və qoşunlarını sərhədə çəkməyə, habelə münaqişəni gərginləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

Publika.az xəbər verir ki, bunu Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi bildirib.

“Kamboca Tailandı bütün hərbi əməliyyatları dərhal dayandırmağa, qoşunlarını öz sərhədlərinə çəkməyə və vəziyyəti gərginləşdirə biləcək növbəti təxribat xarakterli hərəkətlərdən çəkinməyə çağırır”, - deyə Kamboca XİN-in rəsmi saytında dərc olunan bəyanatda deyilir.

Kamboca səlahiyyətliləri eskalasiyada Tailand tərəfini günahlandırıb.

"Kamboca öz suverenliyini, ərazi bütövlüyünü və xalqının təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görəcək", - nazirlik bildirib.

Seçilən
10
publika.az

1Mənbələr