AZ

Kreml Zəngəzur məsələsinə qarışmır: "Bu iki ölkənin işidir"

Rusiya Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistan və Azərbaycan arasında suveren məsələ kimi qiymətləndirir.


Sfera.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.


“Bu, Ermənistan və Azərbaycanın suveren məsələsidir. Biz iki ölkə arasında aparılan danışıqları tam dəstəkləyirik”, – deyə Peskov vurğulayıb.


Zəngəzur dəhlizi Azərbaycanın təşviq etdiyi və Ermənistanın Sünik vilayəti ərazisindən keçərək təxminən 40 km uzunluğa malik planlaşdırılan nəqliyyat marşrutudur. Bu dəhliz Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat bağlantısı yaratmaq məqsədi daşıyır.


Qeyd edək ki, Zəngəzur dəhlizi bölgədə həm siyasi, həm də geostrateji baxımdan mühüm müzakirə mövzularından biri olaraq qalır. Rusiya isə bu məsələdə vasitəçi mövqe tutmaq əvəzinə, tərəflər arasında birbaşa dialoqu dəstəklədiyini bildirir.


Fidan Hacızadə
Sfera.az

Seçilən
23
1
sfera.az

2Mənbələr