AZ

Overçuk Azərbaycandan gileyləndi - Video

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərlə söhbəti zamanı yaxın vaxtlarda Azərbaycana səfər edib-etməyəcəyi barədə sualı cavablandırıb.

Axar.az xəbər verir ki, Overçuk “Yaxın zamanda Azərbaycana səfər etməyi planlaşdırırsınızmı?” sualına belə cavab verib:

“Yaxın vaxtlarda hələ ki, Azərbaycana dəvət yoxdur”.

Xatırladaq ki, iyun ayında Yekaterinburqda azərbaycanlıların qəddarlıqla qətlə yetirilməsindən sonra Aleksey Overçukun ölkəmizə nəzərdə tutulan səfəri ləğv olunmuşdu.

Seçilən
102
1
axar.az

2Mənbələr