AZ

Düzgün dayana bilməyən sürücü digər avtomobillərə təhlükə yaratdı VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Yollarda sürücülərin ən çox pozduqları qaydalardan biri də manevr qaydasıdır. Əksər sürücülər buna dırnaqarası baxsa da, bu, çox vacib məqamlardan biridir. Manevr qaydasını pozan sürücülərdən birinin videosu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 11-də, paytaxtın Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Belə ki, 99-VZ-638 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü yolun kənarında dayanmaq istəyən zaman sol zolaqdan birbaşa sağa manevr edib. Bu zaman həm arxadan gələn, həm də sağ zolaqla hərəkət edən sürücülərə təhlükə yaradıb.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
avtosfer.az

1Mənbələr