Onun sözlərinə görə, iki Cənubi Qafqaz ölkəsi yaşadıqları və onların barışmasına və ya kəskin münaqişəli vəziyyətlərin həllinə dəfələrlə töhfə vermiş ən yaxın qonşularının -Rusiya, İran, Türkiyənin dəstəyi ilə müstəqil şəkildə konstruktiv, konsensusa əsaslanan qərarlara gəlməyə çalışarkən Ermənistan-Azərbaycan normallaşmasını sözün həqiqi mənasında regional ölçüdən çıxarmaq istəyirlər.
“Bu relslərin adətən hara apardığını da bilirik. Əslində, bu, cari məsələlərin həlli Cənubi Qafqaz dövlətləri və onlarla birbaşa həmsərhəd olan dövlətlər tərəfindən həyata keçirildiyi halda, regional özünütəminat prinsipini pozaraq, regionda təhlükəsizlik sistemində disbalans yarada bilər”, - Rusiya XİN-in sözçüsü vurğulayıb.
Rusiyalı diplomat bildirib ki, qərblilərin Ermənistan hakimiyyətinin mövqeyinə dağıdıcı təsiri nəticəsində üçtərəfli qrupda iş dayanıb.
- Məsələn, amerikalılar deyirlər ki, guya onların - yenə də onlardan sitat gətirirəm - məsələnin unikal həlli var. Əslində, Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi ixtisaslaşmış üçtərəfli işçi qrupu çərçivəsində görülənlərdən başqa, yeni heç nə təklif edə bilməzlər. Ona görə də burada da hiylə var”,- Mariya Zaxarova deyib.
![]() |
Peskov: “Bakı-Moskva münasibətlərinin çətin dövrünü yaşanır”| VİDEO |
Azərbaycan-Rusiya münasibətlərində son vaxtlar yaşanan gərginliyi şərh edən Mariya Zaxarova Moskvanın onların tezliklə normallaşacağına ümidli olduğunu söyləyib.
“Hazırda Azərbaycanla ikitərəfli münasibətlər, yumşaq desək, çətin mərhələdədir. Rusiya bunun uzanmamasını təmin etməkdə qərarlıdır. Tez normallaşmaya ümid edirik. Bu yolda mühüm addım Rusiya vətəndaşlarının azad edilməsi olardı”,- rusiyalı diplomat deyib.
Lakin Rusiya XİN-in sözçüsü münasibətlərin normal məcraya qayıtması üçün Moskvanın hansı addımlar atmağa hazır olduğunu dilə gətirməyib. Halbuki, rəsmi Bakı, xüsusilə də Azərbaycan prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunda bu müstəvidə Moskvanın, ilk növbədə, ötən ilin dekabrında Rusiyanın hərbi hava hücumundan (HHM) sistemlərinin AZAL-ın sərnişin təyyarəsini vurması ilə bağlı həqiqətləri açması tələbini dəfələrlə açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az